Azərbaycan karateçisi Əminağa Quliyev Bakıda keçlrilən Premyer Liqa turnirində finala yüksəlib. Matc.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yer alan idmançı yarımfinalda Xristos-Stefanos Ksenosla (Yunanıstan) üz-üzə gəlib.
 
Döyüşdə hesab açılmasa da, qələbə Azərbaycan idmançısına verilib. Əminağa Quliyev sentyabrın 4-də Kərim Aboeitta (Misir) ilə final görüşünə çıxacaq.
 
İslamiadanın mükafatçısı Tural Ağalarzadənin (66 kq) isə bürünc medal qazanmaq şansı var. Onun 1/4 finalda uduzduğu Steven da Kosta (Fransa) finala çıxdığından, bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. İdmançının rəqibi Hiroki Nakano (Yaponiya) olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest