"Kəpəz" klubunun baş məşqçisi postunda kimin çalışacağı dəqiqləşib. Matc.az saytının əldə etdiyi məlumata görə, Yaşar Vahabzadə ilə yollarını ayıran Gəncə təmsilçisi komandanın "sükanı arxasına" Tərlan Əhmədovu gətirir. Onunla mövsümün sonunadək müqavilə bağlanacaq. 
 
Tərlan Əhmədovun sonuncu iş yeri "Keşlə" (indiki "Şamaxı") olub.
 
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasında keçirdiyi 5 oyunun hamısında uduzub. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest