"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 5-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Gərgin oyun oldu. "Sabah"la matçı çıxmaq şərtilə bütün oyunlarımız gərgin alınıb. Azarkeşlər üçün maraqlı oyun oldu. Oyuna pis başlamadıq, sonra üstünlük rəqibə keçdi. Penaltidən sonra daha aqressiv oynadıq. Hər iki komanda topla oynamağı xoşlayır. Maraqlı mübarizənin şahidi olduq. Hər iki komanda qələbəyə layiq idi. Futbolçularımı təbrik edirəm. Psixoloji cəhətdən ağır oyun idi. Dönüş etmək xarakter, usatlıq tələb edir.
 
- Rəqib baş məşqçi Elmar Baxşıyev dedi ki, bu gün güclü qalib gəlmədi...
- Onun şəxsiyyətinə və işinə böyük hörmətim var. Ola bilsin, belə fikirləşir. Düşüncəsinə hörmət edirəm. Bu gün hər iki komanda qələbəyə layiq idi. Oyun çox sürətli gedirdi. Biz daha dəqiq olduq.
 
- Oyunun taleyini necə dəyişdiz?
- Allah dəyişdi. Sonradan meydana çıxanlar oyunu canlandırdılar. Həlledici amil futbolçuların meydanda qəti və iradəli olması oldu. Qələbə qazanmağı düşünürdülər. Belədə istənilən nəticə əldə olunur.
 
- Yeni transferlərin oyununu necə dəyərləndirirsiz?
- Təəssüf ki, komandaya gec qoşuldular. Heyət geniş olanda manevr edə bilirsən. Kasad olanda isə oyuna güc qatmaq üçün əldə material olmur. Bu gün oyuna yaxşı daxil oldular. Optimal formaya düşəndən sonra daha çox fayda verəcəklər.
 
- Rəhim Sadıxov "Zirə"yə gələndən ən yaxşı oyununu keçirdi. Hücumda oynaması nə ilə bağlı idi?
- Onda hücumçu keyfiyyətlərini görürəm. Usta oyunçudur, ağıllı və sürətlidir. Əvvəlki matçlarda da hücumda oynatmaq istəyirdim. Bu gün qəti fikrim oldu. çox fayda verdi. Universal oyunçudur, bir neçə mövqedə oynaya bilər. Onu De Bruyneyə oxşadıram. Müxtəlif mövqelərdə oynayır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest