"Şamaxı" Misli Premyer Liqasının ilk beş turunda cəmi 1 xal toplayıb. Matc.az xəbər verir ki, bu, klub tarixinin antirekordunun təkrarıdır.
 
1999/2000 mövsümündən yüksək dəstədə "Xəzər Universiteti", "İnter" və "Keşlə" adları altında çıxış edən komanda tarixində 3-cü dəfə belə uğursuz starta imza atıb. öncə Bakını təmsil edən komanda 2018/19 və 2021/22 mövsümlərinə də 1 heç-heçə ilə 4 məğlubiyyətlə başlayıb. Dörd il əvvəl top fərqi 4-9 olubsa, ötən çempionatdakı göstərici indiki ilə eyni idi - 2-10.
 
Qeyd edək ki, V turda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan "Şamaxı" bunadək "Neftçi" (0:1), "Qəbələ" (1:3), "Səbail" (1:1) və "Qarabağ"la (0:4) görüşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest