Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni idmançı cəlb olunub. Matc.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə artıq Azərbaycan bayrağı altında çıxış edəcək.
 
23 yaşlı cüdoçu 10-11 sentyabrda İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında Açıq Avropa turnirində Azərbaycan yığmasında debüt edəcək.
 
Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə isə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 3 ilə yaxındır Rusiya yığmasının heyətində beynəlxalq yarışlarda iştirak etmirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest