Sabah Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatına start veriləcək. Matc.az xəbər verir ki, bu gün yarışın keçiriləcəyi "Stark Arena"da yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib.
 
Püşkatmanın nəticəsi belədir:
 
55 kq
1/8 final
Eldəniz Əzizli – Covanni Freni (İtaliya)
 
60 kq
1/8 final
Murad Məmmədov – Viktor Petrik (Ukrayna)/Rabbi Kilandi (Konqo)
 
63 kq
1/8 final
Taleh Məmmədov – Aleksandr Yurkyans (Latviya)/Cordan Kabonqo (Konqo)
 
67 kq
1/16 final
Həsrət Cəfərov – Dieqo Martines (Meksika)
 
72 kq
1/8 final
ülvü Qənizadə - Taişi Hori (Yaponiya)/İbrahim Məhəmmədov (Qazaxıstan)
 
77 kq
1/16 final
Sənan Süleymanov – İdris İbayev (Almaniya)
 
82 kq
1/8 final
Rafiq Hüseynov – Sultan Damen (İordaniya)/Yuya Okajima (Yaponiya)
 
97 kq
1/16 final
Arif Niftullayev – Daniel Qastl (Avstriya)
 
130 kq
1/16 final
Sabah Şəriəti – Satiş Satiş (Hindistan)
 
Xatırladaq ki, sabah Eldəniz, ülvü və Sənan, sentyabrın 11-də Taleh, Həsrət, Rafiq və Arif, ayın 12-də isə Muradla Sabah mübarizəyə start verəcək. Görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da başlayacaq. Dünya çempionatının yarımfinal və medal qarşılaşmaları İTV-də canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest