İtaliyanın Riççione şəhərində keçirilən böyüklər arasında cüdo üzrə Açıq Avropa turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, iki gün davam edən yarışda 13 idmançımız medallar uğrunda mübarizə aparıb.
 
Cüdoçularımız ümumilikdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə ediblər.
 
Yarışın ilk günü -60 kq. çəkidə yarışan cüdoçumuz Rövşən Əliyev və -66 kq. çəkidə Orxan Səfərov gümüş medal qazanıblar. Yarışın ikinci günündə -81 kq. çəkidə yarışan cüdoçumuz Səid Mollayi Ukrayna təmsilçisi Havor Manukyanı məğlub edərək turnirin bürünc medalına sahib olub. -100 kq. çəki dərəcəsinin final görüşündə iki Azərbaycan cüdoçusu Zelim Kotsoyev və Məmmədəli Mehdiyev üz-üzə gəlib. Nəticədə Zelim Kotsoyev qızıl, Məmmədəli Mehdiyev isə gümüş medalları bölüşüb. +100 kq. çəki dərəcəsində bürünc medal uğrunda görüşdə də iki Azərbaycan təmsilçisi Uşanqi Kokauri və Camal Qamzatxanov mübarizə aparıblar. Görüşün sonunda Uşanqi Kokauri bürünc medal qazanıb.
 
Azərbaycan medal əyarına görə ümumi hesabda 3-cü yeri, kişilər arasında isə 2-ci yeri tutub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest