"Neftçi" Azərbaycan çempionatlarında 600-cü səfər qolunu vurub. Matc.az xəbər verir ki, bu, Misli Premyer Liqasının VI turuna təsadüf edib. Qəbələdə eyniadlı komandanı 2:1 hesabı ilə məğlub edən "ağ-qaralar" rəqib meydanındakı qol sayını 600-ə çatdırıb.
 
Matçda dubla imza atan Ataa Caberin ikinci qolu yubiley xarakteri daşıyıb. Paytaxt təmsilçisi "600"ə səfərdəki 423-cü oyununda çatıb. 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısı olan "Neftçi" rəqib meydanındakı qol sayında mütləq rekordçudur.
 
Qeyd edək ki, "ağ-qaralar" səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda "Avtomobilçi"nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest