Polşanın Krakov şəhərində keçirilən usta cüdoçular arasında dünya çempionatına yekun vurulub. Matc.az xəbər verir ki, yarışın sonuncu günündə M2 yaş kateqoriyası üzrə mübarizə aparan cüdoçularımız tatamiyə çıxıb.

Onlar 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komandamızın aktivinə daha 4 medal əlavə ediblər.

Veteran cüdoçularımız çempionatda ümumilikdə 5 qızıl, 5 gümüş və 5 bürünc medal əldə edib. Nəticələrə görə, veteranlarımız çempionatı ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yerdə başa vurub.

M1 yaş kateqoriyası

-73 kq
 Nadir Babayev – gümüş medal

-90 kq
Murad Rəcəbli – gümüş medal

-100 kq
Tural Səfquliyev – qızıl medal

+100 kq
Qurban Məmmədli – gümüş medal

M2 yaş kateqoriyası

-73 kq
Məmməd Məmmədov – gümüş medal

-81 kq
Samir İsmayılov – bürünc medal

-90 kq
Mətləb Məmmədov bürünc medal

-100 kq
İntiqam Ələkbərov – qızıl medal

M3 yaş kateqoriyası

-73 kq
Rəşad Quliyev – bürünc medal

-81 kq
Azər Fətullayev – qızıl medal
Zülfüqar Hüseynov – gümüş medal

M4 yaş kateqoriyası

-60 kq
Babək Hacıyev – qızıl medal

-100 kq
Emil Hüseynov – bürünc medal

M5 yaş kateqoriyası

-90 kq
Mübariz Cəfərov – bürünc medal

M7 yaş kayeqoriyası

-90 kq
Fərhad Rəcəbli - qızıl medal

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest