18 Sentyabr 2022, 14:53
DÖYÜŞ NÖVLƏRİ
Cüdo üzrə Azərbaycan millisi çexiyanın paytaxtı Praqadakı gənclərin Avropa çempionatına qələbə ilə başlayıb. Matc.az xəbər verir ki, qarışıq komandamız 1/8 finalda Avstriyanı məğlub edib.
73 kq çəki dərəcəsindəki Vüsal Qələndərzadə İssa Naşçoya qalib gəlib. 57 kq-dakı Səbinə Əliyeva Verena Hideni, 70 kq-dakı Aytac Qardaşxanlı Laura Kallingeri məğlubiyyətə uğradıb. Sonuncu qarşılaşmada isə 90 kq-dakı Elcan Hacıyevin rəqibi erməni əsilli Aslan Papoyan olub. Hacıyev vazari ilə qalib gəlib.
Azərbaycan komandası rəqibini 4:0 hesabı ilə üstələdiyi üçün son iki cüdoçunun tatamiyə çıxmağına ehtiyac qalmayıb. Yığmamız 1/4 finalda Gürcüstanla üz-üzə gələcək.