18 Sentyabr 2022, 18:31
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycanın gənclərdən ibarət cüdo millisi Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb.
Azərbaycanın gənclərdən ibarət cüdo millisi çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb. Matc.az xəbər verir ki, qarışıq komandamız üçüncü yer uğrunda həlledici görüşdə Almaniya kollektivi ilə üz-üzə gəlib.
Millinin heyətində öncə Elcan Hacıyev (90 kq) tatamiyə çıxıb və görüşünü qələbə ilə başa vurub. Ardınca Nərmin Əmirli (+70 kq) məğlub olsa da, sonrakı duellərdə, müvafiq olaraq, Ruslan Nəsirli (+90 kq), Səbinə Əliyeva (57 kq) və Vüsal Qələndərzadə (73 kq) rəqiblərinə qalib gəliblər. Beləliklə, sonuncu görüşə ehtiyac qalmayıb və Azərbaycan komandası 4:1 hesablı qələbə ilə Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Xatırladaq ki, Azərbaycan cüdoçuları fərdi yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.