Əhmədov kapitan Cavid İmamverdiyevin ilk dəqiqələrdən meydanda olmamasına da toxunub: Cavid az məşq edib. Son dörd günün ikisində məşq etməyib. Səhhətində problem yaranmıışdı, qızdırması var idi".
"Qarabağ"la oyun həmişə maraqlı olur. Sürətli və maraqlı oyun alındı. Yaxşı oynadığımızı deyə bilmirəm. Azlıqda qalsaq da, mübarizə apardıq". Matc.az saytının məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Qarabağ"la heç-heçə (1:1) etdikləri oyundan sonra deyib.
Mütəxəssis 12 il "Qarabağ"ın uğurları üçün çalışdığını vurğulayıb: "Məndən çox o kluba azarkeşlik edən olmaz. Sadəcə futbolçular üçün "Qarabağ"la oyun böyük stimuldu. Bu komanda ilə matçlar çox çətin olur".
Əhmədov kapitan Cavid İmamverdiyevin ilk dəqiqələrdən meydanda olmamasına da toxunub: Cavid az məşq edib. Son dörd günün ikisində məşq etməyib. Səhhətində problem yaranmıışdı, qızdırması var idi".