24 Sentyabr 2022, 10:16
DÖYÜŞ NÖVLƏRİ
Cüdo üzrə Azərbaycan milli komandası özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb. Matc.az xəbər verir ki, təlim-məşq toplanışında idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.
çinin kişilərdən və qadınlardan ibarət yığmaları da sentyabrın 9-dan Bakıdadırlar. Asiyalılar sentyabrın 30-dək Azərbaycan milli komandaları ilə birlikdə mundiala hazırlaşacaq.
Dünya çempionatı 6-12 oktyabrda təşkil olunacaq.