Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində baş tutacaq Qazaxıstanla oyun üçün 23 nəfərlik yekun heyəti açıqlanıb.

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində baş tutacaq Qazaxıstanla oyun üçün 23 nəfərlik yekun heyəti açıqlanıb. Matc.az xəbər verir ki, baş məşqçi Canni De Byazi Slovakiya və Qazaxıstanla oyunlar üçün heyətə dəvət etdiyi oyunçulardan üçünün adı bugünkü matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Bunlardan biri Slovakiyadakı oyunda (2:1) sarı vərəqə almaqla cəzalı vəziyyətə düşən Riçard Almeydadır. "Qarabağ"ın futbolçusu son matçı buraxmaq məcburiyyətində qalıb.
 
Heyətdən kənarda qalan digər iki oyunçu isə "Sabah"dan Amin Seydiyev və "Zirə"dən Qismət Alıyevdir. Alıyev Sovakiyadakı görüşdə də "23-lük"dən kənarda qalmışdı. Əvəzində cəzası bitən Mahir Emreli ("Dinamo", Zaqreb, Xorvatiya), eləcə də ötən tur heyətdən kənarda qalmış Rüstəm Əhmədzadə ("Zirə") Qazaxıstanla matçın iştirak ərizəsində yer alacaq.
 
Bu gün "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Qazaxıstan matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest