Misli Premyer Liqasında VIII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

Əvvəlcə Tovuzda yerli "Turan Tovuz" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.

Günün digər matçı isə şərikli liderlər – "Qarabağ"la "Neftçi" arasında olub. Bu oyunda da dörd qol qeydə alınıb. Hesabı qonaqların açdığı matçda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Xatırladaq ki, ilk oyun günündə "Səbail" "Qəbələ" ilə ev oyunda 1:1 hesabıyla məğlub olub. Tura sabah keçiriləcək "Şamaxı" – "Sabah" və "Sumqayıt" – "Kəpəz" matçları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
VIII tur
1 oktyabr

"Turan Tovuz" – "Zirə" 1:3
Qol: N.Oduva, 26 - C.Diniyev, 33. H.Keyta, 40; 47.
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 15:30.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 21. Abbas Ağazadə, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Zirə: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 5. Moiz Adileu, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.

"Qarabağ" – "Neftçi" 3:1
Qol: K.Borges, 56. A.Zubir, 67. K.Ovusu, 74 - E.İsrafilov, 24.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli.
Bakı. "Azersun Arena", 18:00.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Kvabena Ovusu, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. ömər Buludov, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 7. Azər Əliyev, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 4. Solomon Kvirkveliya, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest