İspaniya La Liqasında 7-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.

Lider “Real” doğma meydanda “Osasuna” ilə qarşılaşıb. Madrid təmsilçisi bu matçda cari mövsümdəki ilk xal itkisinə üzülüb. “Espanyol” - “Valensiya” matçında da qalib müəyyənləşməyib. “Selta” “Betis”i məğlub yola salıbsa, 8 qolluq “Jirona” - “Real Sosyedad” matçında da qonaqlar qalib gəliblər.

İspaniya La Liqası
7-ci tur
30 sentyabr

Atletik – Almeriya 4:0
Qol: İ.Uilyams, 10. Sanset, 17. N.Uilyams, 62. Vesqa, 84.

1 oktyabr

Kadis – Vilyarreal 0:0

Xetafe – Valyadolid 2:3
Qol: Mayoral, 29. D.Suares, 31 – Leon, 20; 37. Plano, 49.

Sevilya – Atletiko 0:2
Qol: Lyorente, 29. Morata, 57.

Malyorka – Barselona 0:1
Qol: Levandovski, 20.

2 oktyabr

Espanyol – Valensiya 2:2
Qol: Xoselu, 56. Darder, 83 – Paulista, 53. E.Comert, 90+6.

Selta – Betis 1:0
Qol: Veyqa, 9.

Jirona – Real Sosyedad 3:5
Qol: Rikelme, 23. A.Martines, 27. Kastelyanos, 48 – Sörlot, 8; 42. Mendes, 66. Zubimendi, 71. Kubo, 85.

Real – Osasuna 1:1
Qol: V.Junior, 42 – K.Qarsiya, 50.

3 oktyabr

23:00. Rayo Valyekano – Elçe

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest