Futzal üzrə Azərbaycan çempionu "Araz Naxçıvan" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçına çıxıb

Futzal üzrə Azərbaycan çempionu "Araz Naxçıvan" bu gün UEFA çempionlar Liqasının əsas mərhələsində ilk matçına çıxıb. Matc.az xəbər verir ki, Bosniya və Herseqovinanın Mostar şəhərində təşkil olunan 5-ci qrupun oyununda rəqib "Orebro" olub.

Təmsilçimiz səfərə zədədli futzalçılarla yollanmışdı. Ramiz çovdarov, Snesio, Katatau və Anderu ancaq həkimin yardımından sonra oyuna çıxıblar. İsveç çempionu cari mövsümə ilkin mərhələdən başlamış, hər 3 oyunda qələbə qazanaraq qrup qalibi kimi əsas mərhələdə oynamaq hüququ qazanmışdı. Onların da heyəti əsasən cənubi amerikalılardan qurulmuşdu.

Bütövlükdə 7 qolun qeydə alındığı bu matç Azərbaycan çempionu üçün uğursuz alınıb. "Araz Naxçıvan" meydanı məğlubiyyətlə tərk edib.

Təmsilçimiz qrupda növbəti oyununu sabah - oktyabrın 27-də Serbiyanın "Loznika Qrad-2018" komandasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

UEFA çempionlar Liqası
5-ci qrup
26 oktyabr

Araz Naxçıvan – Orebro 2:5
Qollar: Vitinyo, 25:01. Ramiz çovdarov, 34:08 - Senad Barişa, 18:31. Henrik Rodriges, 23:50. Yoze Adalberto, 25:15-pen. Dias Alves, 36:30; 38:38.
Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (çexiya).
Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30.

Araz Naxçıvan: 12. Mikael Deon (q), 7. Ramiz çovdarov, 8. David Qustavo, 13. Viktor Hüqo "Vitao", 21. Lukas Matheus "Katatau", 19. Cavad Məmmədov (q), 3. Pedro Torres, 6. Ponçe, 10. Andreu Varqas, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires "Vitinyo", 18. Fərid Ələkbərov (k), 20. Sinesio
Baş məşqçi: Joze Alesio Da Silva.

Orebro: 1. Martin Herlin (q), 7. Yoze Adalberto, 8. Dias Alves, 9. Senad Barişa, 20. Maşado De Melo, 30. Emil Byorklund (q), 5. Amel Rastoder, 10. Leonardo Mieli, 11. Henrik Rodrigues, 15. Albin Byornram, 31. Ziya Kahramanoğlu (q), 61. Dino Qaraca, 99. 99. Husseyn Fauaz.
Baş məşqçi: Francis Masiel Da Kosta.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest