Futbol üzrə Belçika kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" də növbəti matçına çıxıb.
 
Aşağı liqa təmsilçisi "Dessel"lə qarşılaşan komanda 5 cavabsız qolla qalib gələrək 1/8 finala yüksəlib.
 
"Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest