Futbol üzrə Portuqaliya milli komandasının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti bəlli olub.
Matc.az Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Fernando Santosun açıqladığı siyahıda İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kristiano Ronaldo ilə "Portu"nun 39 yaşlı müdafiəçisi Pepenin də adları var.
Qapıçılar: Dioqo Kosta ("Portu"), Xose Sa ("Vulverhempton", İngiltərə), Ruy Patrisiu ("Roma", İtaliya);
Müdafiəçilər: Dioqo Dalo ("Mançester Yunayted", İngiltərə), Joao Kanselo, Ruben Dias (hamısı "Mançester Siti", İngiltərə), Danilo Pereyra, Nuno Mendes (hər ikisi PSJ, Fransa), Pepe ("Portu"), Antonio Silva ("Benfika"), Rafael Gerreyro ("Borussiya", Dortmund, Almaniya);
Yarımmüdafiəçilər: Joao Palinya ("Fulhem", İngiltərə), Ruben Neves, Mateus Nunyes (hər ikisi "Vulverhempton", İngiltərə), Bernardo Silva ("Mançester Siti", İngiltərə), Bruno Fernandes ("Mançester Yunayted", İngiltərə), Joao Mario ("Benfika"), Otavio Monteyro ("Portu"), Vitinya (PSJ, Frabsa), Vilyam Karvalyo ("Betis", İspaniya).
Hücumçular: Andre Silva ("Leiptsiq", Almaniya), Kristiano Ronaldo ("Mançester Yunayted"), Qonsalo Ramos ("Benfika"), Joao Feliks ("Atletiko", Madrid, İspaniya), Rafael Leao ("Milan", İtaliya) və Rikardu Orta ("Braqa").
Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Portuqaliya H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.