Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatında Avstraliyaya qarşı keçirdikləri C qrupunun ilk tur oyununda ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Avropa təmsilçisinin heyətində Lukas Hernandes zədələnib.
 
10-cu dəqiqədə sıradan çıxan 26 yaşlı müdafiəçi görüşü davam etdirə bilməyib. Bu üzdən də 13-cü dəqiqədə onun əvəzində qardaşı Teo Hernandes meydana buraxılıb.
 
Xatırladaq ki, Fransa yığması Dç-dən öncə Kərim Benzema, Nqolo Kante, Pol Poqba, Presnel Kimpembe və Kristofer Nkunku kimi oyunçuları da itirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest