"Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiç mövsümün sonunda komandadan ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə "SportsBoom" məlumat yayıb.

"Şəhərlilər" xorvatiyalı futbolçunu yayda satmağı planlaşdırır. Klub Kovaçiçi 15 milyon avroya satmağa hazırdır. "Milan", "İnter", Türkiyə və Səudiyyə Ərəbistanı klubları 32 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Mateo Kovaçiç bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə keçirdiyi 7 oyunda 1 qol ötürməsi edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest