Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.
Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.
"Zirə" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. "Neftçi" isə səfərdə "Sabah"ın qonağı olacaq.
Misli Premyer Liqası
XXXII tur
17 may (bazar)
18:00. "Zirə" – "Sumqayıt"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu
18:00. "Sabah" – "Neftçi"
Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bank Respublika Arena"













