Fransa millisinin baş məşqçisi Didye Deşam Dç-2022-nin qrup matçında Avstraliya ilə oyunda (4:1) zədələnən Lukas Hernandesi kiminlə əvəzləyəcəyi barədə danışıb. Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, yığmanın heyətində sıradan çıxan müdafiəçini əvəzləyə biləcək oyunçuların olduğunu deyib:
 
"Mən həll yolları tapacam. Biz rahatlıq istəyiriksə, bütün mövqeləri üç dəfə artırmaq üçün milliyə 33 oyunçu dəvət etməliyik. Komandada Teo Hernandes var. Başqa alternativlər də tapmaq olar".
 
Xatırladaq ki, Lukas Avstraliya ilə görüşün 10-cu dəqiqəsində zədələnmiş və onu 13-cü dəqiqədə qardaşı Teo Hernandes əvəz etmişdi.
 
Fransa yığması noyabrın 26-da Danimarka ilə üz-üzə gələcəksə, Avstraliya Tunislə qarşılaşacaq. D qrupunda Fransa vahid liderdir. Danimarka ikinci (1 xal), Tunis üçüncü (1 xal), Avstraliya isə sonuncu (0 xal) pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest