"Səbail"lə yanaşı, digər təmsilçimizin də qardaş ölkədə hazırlıq keçəcəyi dəqiqləşib. Belə ki, "Qəbələ" Antalyaya yanvarın 4-də yollanacaq.

"Səbail" klubunun qış planları bəlli olub. Bu barədə matc.az saytına komandanın baş məşqçisi Mahmud Qurbanov məlumat verib.

O bildirib ki, rəhbərlik etdiyi kollektiv yanvarın 5-də Türkiyəyə yollanacaq. Komanda Antalyada təxminən 2 həftəlik təlim-məşq toplanışı çərçivəsində 3-4 sınaq görüşündə qüvvəsini sınayacaq: "Hansı oteldə məskunlaşacağımız hələlik bəlli deyil. Bir neçə variant var. Yoxlama oyunlarındakı rəqiblərin adları isə yaxın günlərdə bəlli olacaq".

"Səbail"lə yanaşı, digər təmsilçimizin də qardaş ölkədə hazırlıq keçəcəyi dəqiqləşib. Belə ki, "Qəbələ" Antalyaya yanvarın 4-də yollanacaq. Baş məşqçi Elmar Baxşıyevin sözlərinə görə, komanda yanvarın 18-dək hazırlıq keçəcək və bu müddətdə bir neçə yoxlama oyunu keçirəcək.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest