Qış fasiləsində "Kəpəz"i tərk edəcək bəzi futbolçuların adları bəllidir. Matc.az saytının əldə etdiyi xəbərə görə, Gəncə təmsilçisi yarımmüdafiəçi Əfran İsmayılovun xidmətindən yararlanmaq fikrində deyil. Heyətə düşməkdə çətinlik çəkən 34 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcək.

Böyük ehtimalla, qapıçı Orxan Sadıqlı da "Kəpəz"dən ayrılacaq. Buna səbəb isə 29 yaşlı qolkiperlə baş məşqçi Tərlan Əhmədov arasında münasibətlərin normal olmamasıdı. Hələ "Keşlə"də olarkən onlar arasında yaranmış problem çox güman Orxanın komandadan gedişinə səbəb olacaq.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest