Amma onların pley-offda kimlərlə oynayacağı hələ dəqiqləşməyib. Öz qruplarında fərqli mövqelərdə qərarlaşacaqları halda, bu iki komandanın elə bir-birinə rəqib olması da mümkündür.

Bu gün Qətərdəki dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq. Matc.az xəbər verir ki, G və H qruplarında baş tutacaq dörd oyundan sonra pley-offa yüksələcək bütün kollektivlərin adına aydınlıq gəlmiş olacaq.

Son tur öncəsi qruplardakı vəziyyət belədir:

G qrupu

Braziliya – 6 (3:0)
İsveçrə – 3 (1:1)
Kamerun – 1 (3:4)
Serbiya – 1 (3:5)

H qrupu

Portuqaliya – 6 (5:2)
Qana – 3 (5:5)
Cənubi Koreya – 1 (2:3)
Uruqvay – 1 (0:2)

 

G qrupunun həlledici oyunlarında Kamerunla Braziliya üz-üzə gələcəksə, Serbiya İsveçrəylə münasibətlərinə aydınlıq gətirəcək. Digər qrupda isə Qana – Uruqvayı, Cənubi Koreya da Portuqaliyanı sınağa çəkəcək.

Turnir cədvəlindən də göründüyü kimi, Braziliya və Portuqaliya yığmaları artıq 1/8 finala vəsiqəni təmin ediblər. Amma onların pley-offda kimlərlə oynayacağı hələ dəqiqləşməyib. öz qruplarında fərqli mövqelərdə qərarlaşacaqları halda, bu iki komandanın elə bir-birinə rəqib olması da mümkündür.

Braziliya yığması son turda uduzmasa, qrup birincisi olacaq. Bu komanda hətta məğlub olacağı halda da lider ola bilər. Amma bunun üçün İsveçrənin Serbiyaya qalib gəlməməsi lazımdır. İsveçrənin qələbəsi, Braziliyanın məğlub olması durumunda isə top fərqi və digər məqamlar ciddi önəm kəsb edəcək.

İsveçrə Serbiyaya qalib gəlsə, 1/8 finala çıxacaq, uduzacağı halda isə turnirlə vidalaşacaq. Bu komandaya pley-offa çıxmaq üçün heç-heçə də bəs edə bilər. Amma bunun üçün Kamerunun Braziliya ilə oyunda qələbə qazanmaması arzulanacaq.

Kamerun pley-offa çıxmaq üçün ilk növbədə Braziliyaya qalib gəlməlidir. Amma qrupun digər matçında da İsveçrənin Serbiyaya qalib gəlməməsi lazımdır. Əks halda, top fərqi həlledici rol oynayacaq.

Serbiya İsveçrə üzərində qələbə sayəsində pley-offa yüksələ bilər. Amma digər oyunda da Braziliya Kameruna uduzmamalıdır. Əks halda, burada da avropalılar top fərqinin yaxşı olmasına ümid edəcəklər. Serblər son turda qələbə qazana bilməsələr, mundialı tərk edəcəklər.

Portuqaliya son turda uduzmasa, qrup lideri olacaq. Qana son turda Uruqvaya qalib gələ bilməsə, Portuqaliya yığması məğlubiyyət halında da lider qala bilər. Qana həmin oyunda qalib gəlsə və Portuqaliya uduzsa, Avropa təmsilçisi qrup ikincisi olacaq.

Qana Uruqvaya qalib gələcəyi halda 1/8 finala çıxacaqsa, məğlub olacağı halda da turnirlər vidalaşacaq. Heç-heçə bu komandanın şanslarını saxlayacaq. Amma bunun üçün də Cənubi Koreyanın Portuqaliyaya qalib gəlməməsi lazımdır. Koreyalılar son turda qalib gəlsələr, top fərqinin böyük önəmi olacaq.

Asiya təmsilçisi mərhələ adlamaq üçün Portuqaliyaya mütləq qalib gəlməlidir. Amma bunun üçün digər oyunda da Qananın Uruqvayla oyunda qalib gəlməməsi lazımdır. Hətta bu halda belə top fərqinin yaxşı olması koreyalıları sevindirə bilər.

Uruqvay mərhələ adlamaq üçün Qananı mütləq yenməlidir. Məğlubiyyət hər şeyin sonu olacaq. Amma hətta qələbə halında belə digər oyunda Cənubi Koreya Portuqaliyaya qalib gəlsə, cənubi amerikalılarla asiyalıların top fərqi həlledici olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest