FİFA İntizam Komitəsi Seneqal Futbol Federasiyasını 10 min İsveçrə frankı məbləğində cərimələyib. Matc.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
 
Buna Seneqal millisinin Qətərdə keçirilən dünya çempionatında media ilə bağlı reqlamentin müddəalarını pozması səbəb olub.
 
Yığmanın oyunçularından heç biri qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutan Ekvadorla matçdan (2:1)  əvvəl mətbuat konfransına qatılmayıb.
 
Xatırladaq ki, A qrupunu 6 xalla ikinci sırada başa vuran Afrika təmsilçisi 1/8 finalda İngiltərə ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest