02 Dekabr 2022, 11:11
DÇ-2026
"Sensasiyalı nəticələri və gözlənilməz heç-heçələri bir kənara qoysaq, dünya çempionatında ən çox güvəndiyim komanda İspaniya yığmasıdır". Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Dç-2022 barədə danışarkən deyib.
İtaliyalı çalışdırıcı Dç-2022-də sürpriz nəticələrin qeydə alınmasından məmnun olduğunu bildirib. O, ispaniyalı həmkarı Luis Enrikenin titulu qazanmasını arzuladığını dilə gətirib:
"Luis Enrike həyatın ondan aldıqlarından sonra bu turniri qazana bilsə, çox sevinərəm".
Canni de Byazi İtaliya milli komandasının turnirdən kənarda qalmasına münasibət bildirib:
"İtaliya uğursuzdur. Avropa çempionluğunu qazanmış komandanın ardınca iki dünya çempionatından kənarda qalmasını düşünmək anormallıqdır".
E qrupunda 4 xalla ikinci yerdə qərarlaşan İspaniya millisi pley-off mərhələsində Mərakeşlə qarşılaşacaq.