İspaniya millisi DÇ-2022-nin E qrupunu 4 xalla ikinci pillədə başa vurub. Komanda 1/8 finalda Mərakeşlə üz-üzə gələcək.

İspaniya millisi dünya çempionu olduğu vaxtdan sonra mundiallarda sadəcə üç dəfə qələbəyə sevinib. Matc.az xəbər verir ki, "buğalar" Dç-2014-də Avstraliyaya (3:0), Dç-2018-də İrana (1:0), Dç-2022-də isə Kosta Rikaya (7:0) qalib gəlib.
 
İspaniya millisi Dç-2022-nin E qrupunu 4 xalla ikinci pillədə başa vurub. Komanda 1/8 finalda Mərakeşlə üz-üzə gələcək.
 
Xatırladaq ki, İspaniya yığması indiyə qədər cəmi bir dəfə dünya çempionu olub. Bu, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş mundiala təsadüf edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest