Almaniya prezidenti Frank-Valter Ştaynmayer Dç-2022-nin pley-off mərhələsinə vəsiqə qazana bilməyən milli komanda haqda danışıb. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə başçısı Dç-2022-nin asan keçmədiyini bildirib:
 
"Əziz milli komanda, bizim üçün dünya çempionatı asan keçmədi. Əlbəttə, sizi alqışlamaq istərdik. Dərindən nəfəs almaq, bir az dincəlmək və yenidən enerji toplayaraq növbəti turnirə hazırlaşmağın vaxtıdır. Sizə uğurlar arzulayıram!"
 
E qrupuna Yaponiya 6 xalla başçılıq edir. İspaniya ikinci (4 xal), Almaniya üçüncü (4 xal), Kosta Rika isə sonuncu pillədə (3 xal) qərarlaşıb. Almaniya top fərqinə görə uduzaraq növbəti mərhələyə vəsiqə qazana bilməyib.
 
Pley-off mərhələsində Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest