Braziliya millisi son turda Kameruna uduzsa da, 1/8 finala qrup qalibi kimi adlayıb və Cənubi Koreyaya rəqib olub.

Braziliya millisi 24 ildən sonra dünya çempionatının qrup mərhələsində uduzub. Matc.az xəbər verir ki, Qətərdəki mundialın qrup mərhələsinin son turunda Kameruna 0:1 hesabı ilə məğlub olan "sambaçılar" sonuncu dəfə 1998-ci ildə Fransada təşkil olunmuş turnirdə bu aqibəti yaşamışdılar.
 
Cənubi Amerika təmsilçisi həmin vaxt Norveç seçməsi ilə bacarmayıb - 1:2.
 
Kameruna məğlubiyyət hazırda Titenin başçılıq etdiyi kollektivin dünya çempionatlarının qrup mərhələsindəki 17 oyunluq uğurlu seriyasına son qoyub.
 
Braziliya millisi son turda Kameruna uduzsa da, 1/8 finala qrup qalibi kimi adlayıb və Cənubi Koreyaya rəqib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest