İsveçrə yığması Dç-2022-nin qrup mərhələsinin üçüncü turunda Serbiyanı məğlub edib (2:3). Matc.az xəbər verir ki, 5 qolun vurulduğu qarşılaşmadan sonra İsveçrə millisi yeni rekorda imza atıb.
 
Onlar 2014-cü ildən bəri qatıldıqları bütün böyük turnirlərin (Avropa və dünya çempionatı) 1/8 final mərhələsinə adlarını yazdıra biliblər.
 
Avropa təmsilçilərindən yalnız Fransa eyni nəticəni göstərə bilib.
 
Dç-2022-nin pley-off mərhələsində İsveçrə Portuqaliya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest