Kamerun millisi Dç-2022-nin qrup mərhələsinin üçüncü turunda Braziliya yığmasını 1:0 hesabı ilə məğlub etdi. Matc.az xəbər verir ki, bu matçdakı qələbə qolunu əlavə vaxtda fərqlənən Vensan Abubakar vurdu.
 
Sözügedən hücumçu bunun sayəsində dünya çempionatları tarixində Braziliyaya qol vuran üçüncü afrikalı futbolçu olub. Əvvəlki qolları Dç-2010-da Fil Dişi Sahilinin hücumçusu Didye Droqba və Dç-2014-də kamerunlu müdafiəçi Joel Matip vurmuşdu.
 
Kamerun millisi G qrupunda üçüncü yeri tutub və Dç-2022-də mübarizəni erkən dayandırıb. Braziliya və İsveçrə yığmaları isə pley-offa vəsiqə qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest