04 Dekabr 2022, 11:53
DÇ-2026
Argentina millisinin və Fransanın PSJ komandasının futbolçusu Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib. Matc.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub.
ümumilikdə 8-ci dəfə bu mükafata sahib çıxan təcrübəli forvard "yaşıl qitə" təmsilçisi ilə qarşılaşmada ilk qolun müəllifi olub. Hazırkı dünya çempionatında onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var.
Xatırladaq ki, Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub. "Narıncılar" 1/8 finalda ABŞ seçməsini mübarizədən kənarlaşdırıb - 3:1.