Braziliyalı müdafiəçi Aleks Sandro milli komanda ilə ümumi məşqə çıxıb. Matc.az xəbər verir ki, 31 yaşlı "sambaçı" zədəsini sağaltsa da, onun bu gün Dç-2022-nin Xorvatiya ilə matçında iştirakı sual altındadır.
 
Bu səbəbdən, Eder Militao müdafiənin sağ cinahında, Danilo isə sol cinahda mübarizə apara bilər.
 
Braziliya millisi Dç-2022-nin 1/4 finalında Xorvatiya yığması ilə qarşılaşacaq. Bu gün keçiriləcək oyuna saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest