Futbol üzrə Braziliya yığmasının baş məşqçisi Tite istefa verib. Matc.az xəbər verir ki, o, dünya çempionatının 1/4 finalında Xorvatiyaya uduzduqları oyundan sonrakı mətbuat konfransında vəzifəsindən ayrıldığını açıqlayıb:

"Braziliya yığmasındakı vəzifəmlə vidalaşıram. Amma bunu drama çevirməyə əsas yoxdur. çünki bunu 1.5 il öncə söyləmişdim. Yerimə gələ biləcək başqa möhtəşəm məşqçilər var".
 
Xatırladaq ki, 1:1 hesabı ilə yekunlaşan oyunda Xorvatiyaya penaltilər seriyasında (2:4) məğlub olan Braziliya millisi Dç-2022 ilə vidalaşıb. Buna qədər qrupdan lider kimi çıxmağa nail olan Braziliya yığması, 1/8 finalda Cənubi Koreyanı üstələmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest