İngiltərənin "Tottenhem" klubunun qapıçısı Uqo Lyoris Fransa milli komandasının tarixinə düşüb. Matc.az xəbər verir ki, Qətərdə təşkil olunmuş dünya çempionatında İngiltərəyə qarşı 1/4 final matçında meydana çıxan 36 yaşlı qolkiper yığmanın heyətində ən çox görüş keçirən futbolçuya çevrilib.
 
143-cü dəfə millinin formasını geyinən çərçivə qoruyucusu Lilian Türama məxsus rekordu (142) yeniləyib. O, həmçinin dünya çempionatlarında ən çox oyun keçirmiş Tyerri Anri ilə Fabyen Bartezi (17) də geridə qoyub – 18 matç.
 
Xatırladaq ki, Fransa yığması İngiltərə millisinə 2:1 hesabıyla qalib gəlib və yarımfinalda oynamaq şansı qazanıb. Bu komandanın həlledici oyuna vəsiqə uğrundakı rəqibi Mərakeş seçməsi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest