"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XVII turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"İki fərqli hissə izlədik. İlk yarıda "Şamaxı" daha yaxşı görünürdü. İkinci hissədə nəzarəti ələ aldıq. Təəssüf ki, qol vura bilmədik. Bəlkə də, ədalətli nəticə heç-heçə idi. Bu gün qalib gəlmək istəyirdik. "Şamaxı" ikinci dövrədə yalnız "Qarabağ"a uduzub. Onların yüksəlişini hiss etdik. Futbolçuları yaxşı çıxış edir. Cavid Hüseynovu təbrik edirəm. Yaxşı komanda qurub. Gənc futbolçuları oynadırlar. Bu məqam bizi sevindirir. "Şamaxı"ya və Cavid müəllimə uğurlar arzulayıram. Məni çempionatda ən narahat edən komandalardandır. Futbolçular və məşqçilər arasında uyğunluq var. Bir-birlərini anlayırlar və üzərlərində stress yoxdur, rahatdırlar.
 
Son dönəmlərdə çoxlu zədələr yaşayırıq. O qədər çox oyun da keçirməmişik. Adı vəziyyətdə bu gün Mehdi Cənnətov zədələndi. Rüstəm Əhmədzadə məşqdə zədələnmişdi. Dimitrios çantakias da bu gün sıradan çıxdı. Problemin nə olduğunu təhlil etməli və heyəti genişləndirməliyik.
 
İstrahət edib, daha sonra "Neftçi" ilə matç haqqında düşünəcəyik. Əlimizdə olan futbolçularla oyun sistemi və heyət müəyyənləşdirəcəyik. Tam heyətlə olsan belə, rəqib "Neftçi"dir və səfərdə oynayacağıq. çempionatda liderdən geri düşdüklərindən bütün fikri kuboka veriblər. Maraqlı və gərgin oyun olacaq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest