Azərbaycan Premyer Liqasının XVII turunda "Səbail"lə oyun "Sumqayıt"ın futbolçusu Nihad Əhmədzadə üçün əlamətdar olub.

Azərbaycan Premyer Liqasının XVII turunda "Səbail"lə oyun "Sumqayıt"ın futbolçusu Nihad Əhmədzadə üçün əlamətdar olub. Matc.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt" Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə meydana çıxmaqla çempionatda debüt edib.
 
80-ci dəqiqədə Todor Todoroskini əvəzləyən Əhmədzadə cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc oyunçu ünvanına sahib çıxıb.
 
Qeyd edək ki, qarşılaşma "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest