"Vest Hem"in keçmiş qapıçısı Lyudek Mikloşko 64 yaşında vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, həkimlər çexiyalı qolkiperə xərçəng diaqnozu qoysalar da, o, işini davam etdirmək və futbolla məşğul olmaq istədiyindən kimyaterapiyadan imtina edib. Onun ürəyi sentyabrın 14-də dayanıb.

"Rahat yat, Lyudek, bizim sevimli, ilhamverici qapıçımız və xeyirxah qəlbli əsl nəhəngimiz", – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Mikloşko "Vest Hem"in heyətində 291 oyun keçirib. Oyunçu karyerasını başa vurduqdan sonra təxminən 10 il London klubunda qapıçılar üzrə məşqçi işləyib.

O, DÇ-1990-da iştirak edib. 2022-ci ildən Banikin rəhbərliyində çalışırdı.

Xatırladaq ki, bir qədər əvvəl "Portsmut"un əfsanəvi sabiq qapıçısı Alan Nayt da xərçəng xəstəliyindən vəfat edib. O, İngiltərədə klub rekordçusu idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest