19 Dekabr 2022, 15:58
MPL
Argentina millisinin qapıçısı Emiliano Martinez dünya çempionatında "qızıl əlcək" mükafatının təqdimatı zamanı etdiyi ədəbsiz jestinə aydınlıq gətirib. Matc.az xəbər verir ki, o, bunu final matçında fransalı azarkeşlərdən intiqam alması kimi izah edib:
"Fransızlar məni fitə basırdı. Mən də, mükafat alanda onlara qarşı bunu etdim. Təkəbbürlü insan deyiləm".
Argentina millisi Dç-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.