04 Mart 2019, 15:00
MPL
"Keşlə" Azərbaycan çempionatlarında 50-ci ev məğlubiyyətini alıb. Matc.az xəbər verir ki, bu, Topaz Premyer Liqasının XIX turuna təsadüf edib.
"ASK Arena"da "Qarabağ"ı qəbul edən paytaxt təmsilçisi 0:1 hesabı ilə uduzub. 1999-cu ildən güclülər dəstəsində çıxış edən, bu müddətdə "Xəzər Universiteti" və "İnter" adları ilə də mübarizə aparan Bakı klubu ümumilikdə 269-cu dəfə öz meydanında qüvvəsini sınayıb. Bu görüşlərdə 50 məğlubiyyət alan "Keşlə"nin hesabında 153 qələbə və 66 heç-heçə də var.
Qeyd edək ki, "Keşlə" çempionatın tarixində öz meydanında 50 və daha çox məğlubiyyət alan 10-cu komandadı. Evdə ən çox uduzan isə "Turan"dır – 78 məğlubiyyət.
"Keşlə" (Bakı) 269 153 66 50 394-188 +206