Futbol üzrə Xorvatiya çempionatında 20-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Slaven Belupo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Emreli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
 
"Dinamo" 20 turdan sonra 46 xalla zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest