"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 22-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib

"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 22-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"Maraqlı oyun gördük. Hər iki komandanın uğurlu epizodları, qol fürsətləri oldu. Güzəştsiz mübarizə getdi. çətin oyun alındı. Bir epizodda dirəyə tuş gəldik, birində hakim 200 faizlik penaltimizi vermədi. Buna baxmayaraq, özümüzdə güc tapdıq və hesabı bərabərləşdirdik. Belə oyunlar bizim üçün çox vacibdir.
 
"Qarabağ" top klubdur. Bütün Azərbaycan üçün nümunə klubdur. Yaxşı baş məşqçisi və gözəl strukturu var. "Qarabağ"a kömək lazım deyil. Buna əminəm. Hakimin bu gün niyə belə etdiyini deyə bilmərəm. Belə açıq-aşkar penalti görməmişəm. Təmiz penalti idi. VAR var. Birinci və ikinci komanda oynayır, belə qərar verilir. ötən turda Con İrasabala qırmızı vərəqə verildi. Orada da "qırmızılıq" heç nə yox idi. Halbuki rəqib onu vururdu. "Sabah"a hörmət lazımdır.
 
"Qarabağ"a qarşı bu mövsüm keçirdiyimiz oyunların hamısı maraqlı alınıb. Hər iki komanda açıq futbol oynayıb. Artıq "Sabah" qorxmur, aqressiv oynayır, pressinq edir. Bunları etmək çətindir, amma edirik. Azarkeşlər 0:0 bitən oyundan razı idilər. Açıq futbol getdi. Hər üç oyun yaxşı oldu. Əvvəlki qorxu yoxdur, biz "Qarabağ"a qarşı açıq, aqressiv oynayırıq.
 
Dünya çempionatı zamanı Avropa dincəlirdi, biz çıxıb oynayırdıq. Azarkeşlər üçün oynamırıqsa, kimin üçün oynayırıq? Matçları bu saatda niyə salırlar, anlamıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest