UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan İtaliyanın "İnter" komandası ilə oyun "Porto"nun müdafiəçisi Pepe üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, o, çL-in pley-off mərhələsində səfər oyununa çıxan ən yaşlı üçüncü futbolçuya çevrilib - 39 yaş 361 gün.
 
Bu baxımdan Pepeni yalnız 40 yaşını tamamladıqdan sonra pley-off matçına çıxan iki oyunçu qabaqlayır: 40 yaş 123 günündə Rayan Giqqz (2013/14 mövsümündə), 40 yaş 2 günündə isə Alessandro Kostakurta (2005/06).
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest