28 Fevral 2023, 01:29
MPL
Premyer Liqanın 24-cü turu çərçivəsində fevralın 27-də "Azərsun Arena"da keçirilmiş "Qarabağ"la oyunda zədələnmiş "Neftçi"nin futbolçusu Ataa Caber klubun sağlamlıq sponsoru olan "Liv Bona Dea Hospital"da müayinədən keçib.
Premyer Liqanın 24-cü turu çərçivəsində fevralın 27-də "Azərsun Arena"da keçirilmiş "Qarabağ"la oyunda zədələnmiş "Neftçi"nin futbolçusu Ataa Caber klubun sağlamlıq sponsoru olan "Liv Bona Dea Hospital"da müayinədən keçib. Matc.az xəbər verir ki, bununla bağlı "Neftçi" PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bunları bildirib:
"Ataa Caber oyun zamanı diz qapağından aşağı 3-4 sm uzunluğunda deşilmiş yara ilə əlaqədar klinikaya yerləşdirildi. İlkin müayinədən sonra sümüklərinin tamlığının pozulmadığı müəyyənləşdi, vətərlərinin də tamlığında ciddi problem yoxdur. Cərrahi işlənilərək xəstəyə elastik bandajla sıxıcı sarğı qoyuldu və o, evə buraxıldı. Sonrakı müayinələr üçün futbolçuya təkrar baxılacaq. Yəqin ki, 10 gündən sonra tikişləri söküləcək, daha sonra isə fərdi hərəkətlərə başlayacaq".