28 Mart 2023, 14:47
FUTBOL
AVRO-2024-ün seçmə mərhələsinin ilk iki turunda Avstriyaya 1:4 və İsveçə 0:5 hesabı ilə məğlub olan Azərbaycan millisi tarixinin ən uğursuz startını təkrarlayıb. Matc.az xəbər verir ki, yığmamız ikinci dəfə seçmə mərhələnin ilk iki görüşündə 1 qol vurub, 9 top buraxıb.
Bununla AVRO-2012-nin seçmə mərhələsindəki nəticə təkrarlanıb. Həmin vaxt Azərbaycan millisi ilk turda Almaniyaya 1:6, ikinci matçında isə Avstriyaya 0:3 hesabı ilə yenilib.
ümumiyyətlə, komandamız dünya və Avropa çempionatlarında qatıldığı 15 seçmə mərhələnin 9-da ilk iki qarşılaşmasında məğlubiyyət acısı dadıb.
Millimizin tsikllərdəki ilk iki oyunları:
Aç-1996
Rumıniya – Azərbaycan – 3:0
Polşa – Azərbaycan – 1:0
Dç-1998
Norveç – Azərbaycan – 5:0
Azərbaycan – İsveçrə - 1:0
Aç-2000
Slovakiya – Azərbaycan – 3:0
Azərbaycan – Macarıstan – 0:4
Dç-2002
Azərbaycan – İsveç – 0:1
Makedoniya – Azərbaycan – 3:0
Aç-2004
Azərbaycan – İtaliya – 0:2
Finlandiya – Azərbaycan – 3:0
Dç-2006
Azərbaycan – Uels – 1:1
Avstriya – Azərbaycan – 2:0
Aç-2008
Serbiya – Azərbaycan – 1:0
Azərbaycan – Qazaxıstan – 1:1
Dç-2010
Uels – Azərbaycan – 1:0
Azərbaycan – Lixtenşteyn – 0:0
Aç-2012
Almaniya – Azərbaycan – 6:1
Avstriya – Azərbaycan – 3:0
Dç-2014
Azərbaycan – İsrail – 1:1
Portuqaliya – Azərbaycan – 3:0
Aç-2016
Azərbaycan – Bolqarıstan – 1:2
İtaliya – Azərbaycan – 2:1
Dç-2018
San-Marino – Azərbaycan – 0:1
Azərbaycan – Norveç – 1:0
Aç-2020
Xorvatiya – Azərbaycan – 2:1
Azərbaycan – Macarıstan – 1:3
Dç-2022
Portuqaliya – Azərbaycan – 1:0
Azərbaycan – Serbiya – 1:2
Aç-2024
Avstriya – Azərbaycan – 4:1
İsveç – Azərbaycan – 5:0