Misli Premyer Liqasında XXXII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Əvvəlcə "Qəbələ" doğma meydanda "Səbail"lə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.

Günün digər matçı "Zirə" ilə "Turan Tovuz" arasında baş tutub. Tovuz təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.

Xatırladaq ki, ilk oyun günündə "Kəpəz" "Sumqayıt"a, "Şamaxı" isə "Sabah"a 0:1 hesabıyla uduzub. Tura sabah keçiriləcək "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXXII tur
1 may

"Qəbələ" – "Səbail" 4:2
Qol: R.Maçado, 21. P.Stasyuk, 37-öz qapısına. Ə.Allaş, 49 - R.Hacıyev, 69. M.Abbasov, 84.
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Şirmamed Mamedov, Kamranbəy Rəhimov.
Qəbələ şəhər stadionu, 17:30.

Qəbələ: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Urfan Abbasov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.

"Zirə" – "Turan Tovuz" 1:3
Qol: L.Broqno, 86 - Ş.Əliyev, 3. N.Oduva, 57. R.Miller, 60.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Eyyub İbrahimov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 20:00.

Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 19. Vladislav Kulaç, 14. Hamidu Keyta (k), 44. Dmitrios çantakias, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 66. Pərviz Azadov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Siyanda Xulu, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva.
Ehtiyat oyunçular: 98. Elxan Qasımov, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divayn Naa, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest