Misli Premyer Liqasının bu gün keçiriləcək iki oyununun VAR hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, "Qəbələ" ilə "Səbail" arasında birincilərin meydanında baş tutacaq görüşə Fərid Hacıyev təyinat alıb.
Qarşılaşmada AVAR kimi Vüsal Məmmədov iş başında olacaq. Onlar baş hakim Rauf Allahverdiyevə köməklik edəcəklər.
 
"Zirə" – "Turan Tovuz" matçında isə Tural Qurbanov VAR, Kamran Bayramov AVAR kimi təyinat alıb. Bu görüşü Rauf Cabarov idarə edəcək.
 
Qeyd edək ki, "Qəbələ" – "Səbail" oyunu saat 17:30-da, "Zirə" – "Turan Tovuz" görüşü isə saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest