Almaniya kubokunda ilk finalçı müəyyənləşib. Matc.az xəbər verir ki, ilk yarımfinal görüşü "Frayburq"la "Leypsiq" arasında baş tutub.

Qonaqlar bu oyunda darmadağınla qalib gələrək finala yüksəliblər.

Digər finalçı sabah keçiriləcək "Ştutqart" - "Ayntraxt" matçında müəyyənləşəcək.

Almaniya kuboku
Yarımfinal
2 may

Frayburq – Leypsiq 1:5
Qol: Qreqoriç, 75 – Olmo, 13. Henriks, 14. Soboslai, 37; 90+7. Nkunku, 45+1.

3 may

22:45. Ştutqart - Ayntraxt

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest